Dmitri Medvedevin sözlərinə görə, əgər Gürcüstanda ruslara qarşı hər hansı təcavüzə yol verilərsə, bu zaman rəsmi Moskva əzici zərbə ilə cavab verəcək
Rusiya və Gürcüstan, rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılması barədə ziddiyyətli xəbərlər yayır. Rusiya silahlı qüvvələri baş qərargah rəisi Anatoli Naqovitsın bəyan edib ki, Fransanın vasitəçiliyi ilə imzalanmış sülh sazişinə uyğun olaraq artıq qoşunların Gürcüstandan çıxarılmasına başlanılıb. "Amma söhbət qoşunların bu ölkədən tamamilə çıxmasından deyil, geri çəkilməsindən gedir və Fransanın sülh planında da məhz bu cür yazılıb".Gürcüstan rəsmiləri isə bildirib ki, Rusiya qoşun hissələrinin Gürcüstandan çıxarılması hiss olunmur. Sadəcə buradakı hərbi qüvvələrdə tərpəniş var. Rusiya tərəfi isə qeyd edib ki, tanınmamış Cənubi Osetiya respublikasının sərhədləri boyunca bufer zonasında öz sülhməramlılarını saxlamaq hüququna malikdir. Rusiya prezidenti Dmitri Medvedevin sözlərinə görə... Davamı »
Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində ölənlərdən birinin kimliyi bəlli olub
Məscidin imamı Qamət Süleymanov isə ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb
Musa Nağıyev adına xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində xəsarət alaraq bu xəstəxanada ölənlərdən birinin kimliyi bəlli olub. Bu , 1955-ci il təvəllüdlü Vaqif Abbasov və hələlik kimliyi dəqiqləşdirilməyən 20-22 yaşlarında gəncdir. Yaralananlar isə Sahib Xasıyev (1976), Rəşad Camalov (1985), Daşqın İbrahimov (1984), Rəşad İsmayılov (1984), Vüqar Salahov (1983) və Ruslan Səfərəliyevdir (1982). Hadisə nəticəsində yaralanan məscidin imamı Qamət Süleymanovun isə ayağından yaralandığı bildrilir. Xəstəxanadan verilən məlumata görə, o, ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb.
Xatırladaq ki, avqustun 17-də axşam saat 21 radələrində Əbu-Bəkr məscidinə atılan qumbara nəticəsində partlayış baş verib. 3 nəfər ölüb. Bir neçə ... Davamı »
Rusiya hökuməti Azərbaycan və Gürcüstanla olan sərhədlərini müvəqqəti bağlayıb Bunun üçün Rusiyanın Baş naziri Vladimir Putin, avqustun 12-də qəbul edilmiş qərara uyğun olaraq, sərəncam imzalayıb Rusiya hökuməti Azərbaycan və Gürcüstanla olan sərhədlərini müvəqqəti bağlayıb. Verilən məlumata görə, bunun üçün Rusiyanın Baş naziri Vladimir Putin, avqustun 12-də qəbul edilmiş qərara uyğun olaraq, sərəncam imzalayıb. Sərəncama əsasən, bu gündən etibarən, MDB ölkələrinin vətəndaşları istisna olmaqla, xarici ölkə vətəndaşları Azərbaycan və Gürcüstan ərazisindən Rusiyaya daxil ola bilməzlər. Bununla belə, Baltikyanı ölkələrdən gələn qatarların sərhədi keçməsinə icazə veriləcək. Rəsmi Moskva, öz addımını beynəlxalq terror təşkilatları üzvlərinin ölkəyə daxil olmasının, silah keçirməsinin və təxribat törətməsinin qarşısını almaq istəyi ilə izah edir./ANS TV/
Bu gün qonşu ölkənin ərazisinə xüsusi vertolyotlar istiqamət götürüb
Rusiyanın «Vzqlyad» informasiya agentliyinin saytında yerləşdirilən məlumata əsasən, bu gün Gürcüstana Azərbaycan, Türkiyə və Ukraynadan xüsusi yanğınsöndürmə vertolyotları yola düşüb. Onlar Borjomi dərəsi və Xaraqauli kurort şəhərciyi yaxınlığındakı meşələrdə tüğyan edən yanğının qarşısını almaqda kömək edəcək. Rəsmi Tiflisin məlumatına görə, həmin ərazidə yanğın üç sutkadır ki, davam edir, 50 hektardan çox ərazini alov məhv edib və bu istirahət zonasının tam məhv olmaq təhlükəsi yaranıb. Gürcü tərəfi iddia edir ki, yanğın... Davamı »
İsa Qəmbər: "Real müxalifətin əməkdaşlığı prezident seçkisinədək baş tutacaq"
Müsavat
Partiyasının başqanı İsa Qəmbər bəyan edib ki, prezident seçkisində
iştirakdan imtina edən real müxalifət qüvvələrinin birliyi tezliklə baş
tutacaq.
«Real müxalifətin əməkdaşlığı seçkiyədək baş tutacaq və
seçkidən sonra da davam edəcək. Bu, koalisiya formasında və ya başqa
formada olacaq, bütün bunlar məsləhətləşmələrin gedişindən asılıdır», -
deyə bu gün İsa Qəmbər bildirib.
Onun sözlərinə görə, seçkidə
iştirakdan imtina edən qüvvələrin əməkdaşlığını nəzərdə ... Davamı »
İran prezidenti Əhmədinejat rəsmi Tehranın PKK-ya qarşı mübarizədə hər zaman Türkiyəyə yardım etməyə hazır olduğunu bildirmişdi
İran hərbi birlikləri PKK terror təşkilatının İranda faliyyət göstərən cinahı PJAK-a qarşı növbəti əməliyyatlar keçirib. İranın yerli xəbər mənbələri və “İraq Kürdüstan yurdsevənlər” birliyinin rəsmi internet saytında verilən məlumata görə, Nawdest, Zerge, Dole Koge ve Maredu əraziləri İran ordusu tərəfindən 1 saata artilleriya atəşinə tutulub. Xəbər mənbəyi İran hərbçilərinin əməliyyatlardan sonar ərazidə helikopterlərlə reydlər keçirdiyini də bildirsə də itkilər barədə məlumat verməyib.
Türkiyənin “Beşiktaş” komandası səfərdə “Şiroki Briyeq”i məğlub edib 1-2
UEFA Kuboku 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib. Türkiyənin “Beşiktaş” komandası səfərdə “Şiroki Briyeq”i məğlub edib 1-2. UEFA İntertoto kubokunda “Neftçi”ni məğlub edərək UEFA kubokuna vəsiqə qaznan “Vaslui” səfərdə “Liepajas Metallurq” komandasına 0-2 hesabı ilə qalib gəlib. “Xəzər-Lənkəran”ı mübarizədən kənarlaşdıran “Lex” öz meydanında “Qrasshoppers”i darmadağıın edib 6-0, “Olimpik”i məğlub edən “Voyvodina” isə öz meydanında “Hapoel Tel Əviv”lə heç-heçə oynayıb 0-0.
Bu qərar türk azarkeşlərin İrəvanda keçiriləcək Ermənistan-Türkiyə oyununu izləməsinə şərait yaratmaq məqsədi daşıyır
Ermənistan hökuməti sentyabrın ilk həftəsində Türkiyə vətəndaşlarının bu ölkəyə vizasız gəliş-gedişinə icazə verilməsi ilə bağlı qərar qəbul edib. Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bu qərar türk azarkeşlərin, futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində, sentyabrın 6-da İrəvanda keçiriləcək Ermənistan-Türkiyə oyununu izləməsinə şərait yaratmaq məqsədi daşıyır. Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomat... Davamı »