Ana Seyfe » İqtisadiyyat
 
Bank bu məqsədlə maliyyə bazarından 4 milyard dollar çıxaracaq

Milli Bank dövriyyədə pul kütləsinin artımının və inflyasiya təzyiqlərinin qarşısını almaq üçün maliyyə bazarından 4 milyard dollar çıxarmaq istəyir. Bankdan verilən məlumata görə, ilin əvvəlində bu rəqəmin 2 milyard olacağı gözlənilirdisə, büdcə xərclərinin artımından sonra, bu məbləğin 2 dəfə artırılmasına qərar verilib. Amma vəziyyətdən asılı olaraq çıxarılan pullar 4 milyard dollardan az ola bilər. /ANSTV/

Oxunub: 27 | Redaktor: Hedefturan | Tarix: 2008-09-16 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Almaniya hökumətinin nümayəndəsi hesab edir ki, Qərbin əlində Rusiyaya təzyiq vasitələri mövcuddur

Almaniya Rusiyanı Gürcüstandan qoşunlarını çıxarmaq barədə öhdəliyə əməl etməyə çağırıb. Almaniya hökumətinin nümayəndəsi bəyan edib ki, Qərbin əlində Rusiyaya təzyiq vasitələri mövcuddur. Belə ki, Rusiya Avropaya enerji daşıyıcıları nəql edir, Rusiya iqtisadiyyatı və infrastrukturunun inkişafında Qərbin payı var.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın xarici işlər naziri Bernar Kuşner bəyan etmişdi ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi gözlənilmir.
Sentyabrın 1-də isə Cənubi Qafqa... Davamı »

Oxunub: 40 | Redaktor: Hedefturan | Tarix: 2008-08-26 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
2013-cü ildən başlayaraq isə Nabukko ilə ildə 8 milyard kub metr qaz nəql olunacaq

Nabukko qaz kəmərinin inşasına 2010-cu ildə başlanacaq. Konsorsiumun rəhbəri Riçard Mitçekin sözlərinə görə, artıq kəmərlə nəql olunan qazın alınması üçün uzunmüddətli sifarişlər daxil olub. 50 potensial alıcıdan 20-si İraq, İran və Xəzər regionundan nəql olunan mavi yanacağın alınmasında maraqlı olduqlarını bildiriblər və onların üst-üstə təklif etdiyi həcm 10 milyard kub metrdən çoxdur. Cənab Mitçek onu da bildirib ki, 2013-cü ildən başlayaraq Nabukko ilə ildə 8 milyard kub metr qaz nəql olunacaq. 2018-c... Davamı »

Oxunub: 38 | Redaktor: Hedefturan | Tarix: 2008-08-26 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Ölkədə adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib

Azərbaycanın xarici borcu 2,6 milyard dollara yaxınlaşıb. Maliyyə Nazirliyindən ANS TV-yə verilən məlumata görə, indi ölkənin 2 milyard 590 milyon dollar xarici borcu var. Ölkədə adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib. Amma nazirlik hesab edir ki, xarici borc yüksək deyil. Belə ki, ölkənin xarici borcları ümumi daxili məhsulun 6,4 faizini təşkil edir. Üstəlik, ötən illə müqayisədə xaricə ... Davamı »

Oxunub: 50 | Redaktor: Hedefturan | Tarix: 2008-08-13 | Reytinq: 4.0/1 | Şerh et(Yorumlar)<< (0)

 
Dövlət Statistika Komitəsi ilin sonunda qiymət artımının 23-24 faiz təşkil edəcəyini proqnozlaşdırır

Azərbaycanda illik inflyasiya 20 faizi keçib. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ANS-ə bildirib ki, bu ilin 6 ayında qiymətlər ötən ilin 6 ayına nisbətən 20,2 faiz artıb. Komitə sədri ilin sonuna inflyasiyanın 23-24 faiz civarında dəyişəcəyini proqnozlaşdırır.
Arif vəliyev avqust-sentyabr aylarında qimətlərdə elə də ciddi artım gözləmir. Onun fikrincə, mövsümi amillərlə əlaqədar bu dövrdə artım templəri bir az zəifləyəcək. İlin sonuna doğru isə bahalaşmanın sür... Davamı »

Oxunub: 47 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Qara qızıl indi 126 dollar 5 sentə satılır

Dünya birjalarında neft yenidən bahalaşıb. Ötən gün barreli 121 dollara qədər ucuzlaşan qara qızıl indi 126 dollar 5 sentə satılır. «Azəri layt» markalı Azərbaycan neftinin qiyməti isə 123 dollar 94 sent təşkil edir. Birjalarda qızılın qramı dünənki kimi 29 dollara təklif olunur. 1 avro isə 1 dollar 56 sentə dəyişdirilir. /ANS TV/

Oxunub: 47 | Redaktor: Hedefturan | Tarix: 2008-07-31 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
İranın OPEK-dəki nümayəndəsinin sözlərinə görə, regionda siyasi gərginlik artsa, qara qızıl bahalaşacaq

Yaxın aylarda neftin qiymətində ciddi dəyişikliklər ola bilər. İranın OPEK-dəki nümayəndəsi Məhəmməd Əli Hatib bildirib ki, regionda siyasi gərginlik artsa, qara qızıl 500 dollara qədər bahalaşacaq. Əgər rəsmi Tehran müharibəyə cəlb olunsa, nəinki İranda, bütün regiondan hasilat dayandırılacaq.
Çünki dünya ölkələrinə ixrac olunan neftin 40 faizi Hörmüz boğazı vasitəsilə daşınır. OPEK prezidenti Şakib Xəlil isə bəyan edib ki, İrana qarşı təzyiq azalarsa, neftin qiyməti 70-80 dolla... Davamı »

Oxunub: 48 | Redaktor: Hedefturan | Tarix: 2008-07-30 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Bu barədə müqaviləni İsrailin Müdafiə Şirkəti artıq rəsmi Astana ilə bağlayıb

İsrailin müdafiə şirkəti Qazaxıstanın Silahlı qüvvələri üçün yeni növ artilleriya qurğuları istehsal edib. Bu barədə «İzr Nyus» agentliyi məlumat yayıb. Xəbər verilir ki, həmin qurğuların mayın 12-də gizli həyata keçirilmiş sınağı uğurla başa çatdırılıb. Həmin sınaqları prezident Nursultan Nazarbayev şəxsən seyr edib. Qərara alınıb ki, həmin qurğular bundan sonra Qazaxıstanın özündəki zavoda istehsal ediləcək. Gələcəkdə bu istiqamətdə Azərbaycan və Qırğızıstanla müqavilələrin imzalanması istisna deyi... Davamı »

Oxunub: 62 | Redaktor: Hedefturan | Tarix: 2008-07-13 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Hökumət bu il üzrə inflyasiyanı 13 faiz proqnozlaşdırı

Son 1 ildə Azərbaycanda qiymət artımı 20 faizdən çox olub. Milli bankdan «Fineko» agentliyinə verilən məlumata görə, 1 ildə qiymətlər 20,2 faiz artıb.

Xatırladaq ki, hökumət bu il üzrə inflyasiyanı 13 faiz proqnozlaşdırıb. /ANS TV/

Oxunub: 56 | Redaktor: Hedefturan | Tarix: 2008-07-13 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Dolların ucuzlaşmasına Amerikanın iki böyük ipoteka şirkətinin ziyana düşməsi barədə xəbərlər səbəb olub

Dünyanın maliyyə birjalarında dolların qiyməti son 3 ayda ən aşağı həddə qədər ucuzlaşıb. Bu gün avronun məzənnəsi 1 dollar 59 sentdən də baha olub. Başqa sözlə, 1 avro 1 dollar 60 sentə çatıb. Dolların ucuzlaşmasına Amerikanın iki böyük ipoteka şirkətinin ziyana düşməsi barədə xəbərlər səbəb olub. Dolların ucuzlaşması qızılın unsiyasını 960 dollara qədər bahalaşdırıb. Neftin qiyməti isə 145 dollara qalxıb. /ANS TV/

Oxunub: 51 | Redaktor: Hedefturan | Tarix: 2008-07-13 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

[1] 2 3 4 5 »

Mini Çat