Dakarda keçirilən İslam Konfransı Təşkilatının XİN Şurasının iclasında qurumun Nizamnaməsinə dəyişikliklər edilməsi barədə razılıq əldə olunub. 57 ölkə ilə iki ilə yaxın davam edən müzakirələrdən sonra İKT üzvləri təşkilatın Nizamnaməsinə dəyişiklikləri məqbul sayıblar. Toplantıdan sonra Seneqalın xarici işlər naziri Çeyx Tidiano Qadio bildirib ki dəyişikliklər ötən il yaradılmış İslam Həmrəyliyi Fondunun gücləndirilməsi, Afrika xalqlarına kömək məqsədilə yoxsulluq əleyhinə fondun yaradılması və İKT üzvlərinin borcunun silinməsi ilə bağlı proqram yaradılması barədə müddəaları əhatə edir. Qeyd edək ki, İslam Konfransı Təşkilatının Nizamnaməsi 1972-də qəbul olunub. Seneqal xarici siyasət idarəsinin rəhbəri təşkilatın Nizamnaməsinin müasir dövrün tələbləri ilə tam ayaqlaşmadığını vurğulayıb.
Oxunub: 60 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-14
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Enn Dersi Dövlət Departamentinin Azərbaycanda insan haqları üzrə hesabatı barədə KİV nümayəndələrinə məlumat verib. Səfir ötən il Azərbaycanda insan haqları sahəsində bir sıra irəliləyişlərin olduğunu bildirib. Hesabatda məcburi köçkünlərin çadırlardan evlərə köçürülməsi, 55 yeni hakimin təyin edilməsi, eləcə də ANS telekanalına 6 illik lisenziyanın verilməsi müsbət hal kimi qiymətləndirilir.
Oxunub: 62 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-14
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Bugün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda əvvəlcə qurumun yanvarın 16-da keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbayil, 47 saylı Mingəçevir, 108 saylı Ağstafa, 83 saylı Ağdam, 13 saylı Əzizbəyov I, 14 saylı Əzizbəyov II Seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Cari məsələlərin müzakirəsində MSK sədri Məzahir Pənahov qurumun son vaxtlar həyata keçirdiyi tədbirlər haqqında danışıb. O, seçki komissiyalarının üzvləri üçün keçirilən kursların uğurla basa çatdığını, kursda istirak edənlərin hamısına sertifikatlar təqdim olunduğunu deyib. Qarşıdan gələn prezident seçkilərində müşahidəçilər üçün bütün şəraitin yaradılacağıni bildirən M. Pənahov QHT-lərin bu prosesdə yaxından iştirak etmələrini vacib sayıb. M. Pənahov bildirib ki, seçici siyahılarının aşağ... Davamı »
Oxunub: 73 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-14
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Abdullah Gül ölkənin cənub-şərq rayonlarında əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün mühüm layihələr həyata keçirəcəklərini vurğulamışdır. Ərdoğan hökuməti PKK terrorunu tamamilə aradan qaldırmaq üçün ölkənin cənub-şərq rayonlarında iqtisadi inkişafı təmin etmək üçün 12 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır.
Oxunub: 53 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
|
Min illərin mövzusundan danışaq, taledən, qəzavü-qədərdən. Hər kəs doğulanda bir yazı ilə doğulur, hər yazı bir ömrün xəritəsidir. Bizə bəlli olmayan, ağlımıza gəlməyən yollardan keçib, ölüm adlı bir sonluğa doğru gedirik. Bəzən fərqli davranırıq, özümüzə, sözümüzə yaraşmayan, uyuşmayan işlər görürük və elə düşünürük ki, çaşdırdıq taleyi. Amma ağlımıza da gəlmir ki, elə o çaşqınlıq da bizim taleyimiz imiş. Hər kəs alnındakını, qismətindəkini yaşayır. Kimsə o xətdən çıxmadı, çıxa da bilməz. O qədər söhbətlər var, o qədər maraqlı məsələlər var bu mövzuda ki, düşündükcə düşünürsən. Biz də həmin misallardan birisini danışmaq istəyirik sizlərə.
Bir nəfər təlaşla, həyəcan içində özünü Süleyman Peyğəmbərin (ə.s.) hüzuruna yetirir. Tir-tir titrəyirdi, sifətinin rəngi qaçmış, dodaqları qurumuşdu. Elə bil aslan ağzından qurtarmışdı. Həzrəti Süleyman: - Bu nə haldır, nə olub sənə? - soruşur. Adam da həyəcan içində, təntiyərək belə cava... Davamı »
Oxunub: 54 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
|
Dəmiryolu vağzalından yenicə gəlmişəm. Pis çıxmasın, qatarla Rusiyaya, Ukraynaya iş dalınca gedən qohumlarımın bilet işinə mən baxıram. Təkcə bu gün (dünən-red) düz 36 qohumum üçün Bakı-Xarkov qatarına bilet almışam. Yazıqlar rayonda neyləsinlər, iş yox, güc yox...Köşə yazmaq üçün mövzu fikirləşirəm. Amma qohumlarımın kənddəki çətin vəziyyəti yadımdan çıxmır. Tərslikdən masamın üstündəki qəzetlərin birində regionların sosial iqtisadi inkişafı ilə bağlı dərc olunmuş yazı göz deşir...
Qəzetimizin ötən sayında psixoterapevt Elmir Əkbərlə müsahibəm dərc olunub. Müsahibənin bir yerində Elmir bəy deyir: “Hər bir ölkəni qabağa aparan, psixoloji durumunu yaxşılaşdıran orta təbəqə hesab edilir. Hazırda bizdə hər şey orta təbəqənin məhvinə yönəlib. Bunların hamısı insanın şüuruna təsir edir və kütləvi stress, depressiya yaradır”. Kamil adlı bir oxucum elektron poçtuma məktub yazmaqla bu fikirlərə maraqlı münasibət bildirib. Kamil bəy məni hə... Davamı »
Oxunub: 69 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
|
Sabah yazıçı Anarın 70 yaşı tamam olur. Anarla Azərbaycan mühitinə çox şeylər gəldi. Elə Anar adının özü onunla başladı. Bu gün o Anardan yaşca daha böyük adaşını “gördüm” deyən yoxdur. Anar həm də soyaddan imtina edən ilk qələm əhlimiz oldu. Uzun müddət çoxumuz onun hansı soyad daşıdığını da bilmədik.
O müasir ədəbiyyatımızın ən çox öyülən, həm də ən çox tənqid olunan nümayəndəsidir. Ötən illərin birində hansısa qəzetdə birisi yazmışdı ki, əgər Anar Rəsul Rzanın oğlu olmasaydı, kim bilir, indi hansı avtobusda konduktor işləyirdi. Təbii ki, bu sözlər böyük bir qərəzin, kinin ifadəsi idi. Anar ədəbiyyatımızın həm də ən təzadlı nümayəndəsidir. Onun Təhminəsi bizə nə qədər uzaq, bizə nə qədər yaddırsa, Dədə Qorqudu, Üzeyir Bəyi o qədər doğmadır, munisdir. Onun haqqında düşünəndə həmişə türkiyəlilərin bir sözü ağlıma gəlir: “Oturduğu koltukda boşluk buraxmaz”. Yəni o elə adamdır ki, hansı məqama, hansı vəzifəyə gətirsən, öhdəsindən gələr; öhdəsindən... Davamı »
Oxunub: 54 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
|
Yəqin deyəcəksiniz ki, əllərimiz həmişə cibimizdədir, ancaq nə yazıq ki, ciblərimiz boşdur. Üstəlik, bu bahalıqda...
Bəli, bəzən belə bahalıqlarla, qıtlıqlarla, kasıblıqlarla imtahan olunuruq. Çünki həmişə dediyimiz kimi dünya mükafat yeri yox, imtahan yeridir... Kim nə qədər insandır, əxlaqı, xarakteri necədir, bunların üzə çıxması üçün belə imtahanlara məruz qalırıq. Bəzən mallarımızla, bəzən də canlarımızla... Allaha şükür müharibə yoxdur, qıtlıq yoxdur. O ki qaldı bahalığa, onun da çarəsi tapılar əlbəttə. Təki canımız sağ olsun... Elə isə bahalıqdan bəhs etdikdən sonra “bugünkü mövzumuz səxavətdir” desəm, bu yazını axıra qədər oxuya biləcəksinizmi? Yoxsa qəzeti bir kənara qoyub “Onsuz da canımız boğazımızdadır, sən də bir tərəfədən”... deyəcəksiniz? Bəli, çox vaxt verməyi, bir yoxsulu sevindirməyi həmişə varlı adamların vəzifəsi sayırıq. Hətta iş sözə qalsa, “Allah mənə var versin, mən də hər kəsə yardım edim”, - deyirik... Davamı »
Oxunub: 58 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
“Ərzaq məhsullarının qiyməti yüksəldikcə, aclıq və keyfiyyətsiz qidalanma təhlükəsi artır. Bu təhlükəni önləmək üçün təcili tədbirlərə ehtiyac var”. BMT-nin Baş katibi Ban Ki Munun sözlərinə görə, insanlar həddindən artıq yoxsul olanda və inflyasiya onların cüzi məvaciblərinə təsir göstərəndə, adətən, iki yola əl atırlar: “Alınan ərzağın miqdarını azaldır, ya da daha ucuz ərzaq alırlar. Yekun nəticə dəyişmir - sağlam gələcək ehtimalı azalır”.
Oxunub: 66 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Martın13-də Rusiya Dövlət Dumasında MDB məkanındakı “dondurulmuş münaqişə” ocaqları ilə əlaqədar dinləmələr keçirilməsi nəzərdə tutulur. Martın 13-də Dövlət Dumasında dondurulmuş münaqişələrlə bağlı keçiriləcək dinləmələrdə erməni separatçılarının da iştirak edə biləcəkləri təhlükəsi ölkəmizdə narahatlıqla qarşılanıb. Bu dinləmələrdə ermənilərin iştirakına imkan verməmək üçün Rusiyadakı səfirliyimizə bütün diplomatik imkanlardan istifadə üçün göstəriş verilib.
Oxunub: 51 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|