Gürcüstan Rusiya NATO-nu təhdid etməyə başlayıbın və Ukraynanın yaxın illərdə NATO-ya üzvlüyünün qarşısını almaq üçün Rusiya bütün vasitələrini işə salıb. Hətta iş o yerə gəlib çatıb ki, Moskva açıq təhdidlərə belə, əl atmaqdan çəkinmir. Bir neçə gün bundan əvvəl Rusiyanın NATO-dakı səlahiyyətli nümayəndəsi Dmitri Roqozin “Röyters” agentliyinə verdiyi müsahibəsində bildirib ki, əgər Gürcüstanın və Ukraynanın NATO-ya üzvlüyü qurum üzvləri tərəfindən dəstəklənsə, onda Kreml Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacaq. Yeri gəlmişkən, onu da deyək ki, əslində Rusiya SSRİ dağılandan sonra məhz MDB məkanında separatizmi körükləməklə imperiyanı bərpa etməyə cəhd edirdi. Hazırda isə Rusiya münaqişə ocaqlarından özünün regional maraqlarının qorunub-saxlanması üçün istifadə etməyə çalışır. Məhz bu baxımdan Kosovanın müstəqilliyinin Qərb ölkələri tərəfindən tanınması... Davamı »
Oxunub: 69 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 3.0/1
| Şerh et(Yorumlar)<< (0)
|
Uşaq yaşlarımızda televizorun qarşısında oturur, həyəcanla Zeki Alasya-Metin Akpınar filmlərini gözləyirdik. Bu filmlərə az qala birnəfəsə, həm də ürəkdən gülə-gülə tamaşa edirdik. Onunla söhbətimizdə bu həyəcanı bir daha yaşadıq. Həmsöhbətimiz məşhur teatr və kino aktyoru, rejissor Zeki Alasyadır... Qısa tərcümeyi-hal: Türkiyənin məşhur teatr və kino aktyoru, rejissor Zeki Alasya 18 aprel 1943-cü ildə İstanbulda doğuldu. Sənət həyatına 1959-cu ildə həvəskar kimi başladı. Müxtəlif teatrlarda işlədikdən sonra Dəvəquşu Kabare Teatrını qurdu. 1973-cü ildən sonra filmlərə çəkilməyə başladı. Məşhur aktyor Metin Akpınarla birlikdə yeni bir “duet”in əsasını qoydu. 1977-ci ildə aktyorluqla yanaşı, özünü rejissor kimi də sınadı. 52 filmin qəhrəmanı, 24 filmin rejissoru, 7 filmin isə ssenari müəllifidir. Ailəlidir, bir qızı var. - Son vaxtlar çox gərgin işləyirsiniz... Davamı »
Oxunub: 50 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Hazırkı reytinq tərtib edilərkən oyun keçirməyən Azərbaycan yığması ötən ayla müqayisədə 3 pillə irəliləyib. Hesabında 261 xal olan milli komandamız 119-cu yerə yüksəlib.
Oxunub: 72 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Hulusi Kılıç dünən mətbuat nümayəndələrini qəbul edib. Özünü Azərbaycanda vətənindəki kimi hiss etdiyini deyən H. Kılıç bu təyinata görə böyük şərəf duyduğunu vurğulayıb. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyən səfir deyib ki, I Qarabağ müharibəsi zamanı türkiyəli gənclər Azərbaycan tərəfdən döyüşlərdə iştirak edib: “Azərbaycanlı gənclər də Türkiyə Silahlı Qüvvələrinin PKK-nın məhv edilməsi istiqamətində keçirdiyi son əməliyyatlar zamanı döyüşlərdə iştirak etmək üçün müraciət ediblər. Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”. Səfir Bakıda və Azərbaycanın digər bölgələrində “Qardaşlıq meşələri”nin salınması təklifi ilə çıxış etdiyini deyib. Onun sözlərinə görə, bu təklif müsbət qarşılanıb. H. Kılıç mət... Davamı »
Oxunub: 78 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-13
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Dünən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla Heydər Əliyevin dövlət və xalq qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu nəzərə alaraq, 85 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi barədə müvafiq tapşırıqlar verilib. Sənədə əsasən, Prezidentin İcra Aparatı və Nazirlər Kabineti aidiyyəti qurumlarla birlikdə yubiley tədbirləri ilə bağlı plan hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oxunub: 116 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-12
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Martın 13-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Birliyinin növbəti sammiti keçiriləcək. Sammitdə əsas müzakirə mövzularindan biri qlobal istiləşmə və onun Avropa üçün doğura biləcəyi təhlükə olacaq. Qeyd edək ki, bu məsələ ilə əlaqədar AB-nin xarici əlaqələr və müdafiə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Havyer Solananın və komissar, xanım Benita Ferrero Valdnerin çıxış edəcəkləri gözlənilir. “İqlim dəyişikliyi və beynəlxalq təhlükəsizlik” adlı 7 səhifəlik məruzədə qlobal istiləşmənin doğura biləcəyi təhlükə və ona qarşı mübarizə yolları öz əksini tapıb. Nə qədər qəribə olsa da, adıçəkilən məruzədə əsas təhlükə mənbəyi kimi Rusiyanın adı çəkilib. Məruzədə qeyd edilir ki, iqlim dəyişikliyi ilə əlaqədar AB Rusiya ilə quracağı münasibətlərdə ABŞ, Çin və Hindistanın mövqeyini nəzərə almalıdır. Belə ki, Rusiya Arktikaya xüsusi diqqət yetirməyə başlayıb və öt... Davamı »
Oxunub: 74 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-12
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib: “Azərbaycan qadını üzərinə düşən sosial yükün ağırlığına baxmayaraq, daim cəmiyyətimizin mənəvi dayağı olmuş, mürəkkəb ictimai-siyasi dəyişikliklərin yaşandığı vaxtlarda əsl dəyanət və əzmkarlıq nümayiş etdirmişdir”.
Oxunub: 172 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-09
| Reytinq: 5.0/8
| Şerh et(Yorumlar)<< (0)
|
8 Mart ərəfəsində kişilər ən çox gül, ətir və suvenir mağazalarına müraciət edirlər. Adətən 8 mart, - Beynəlxalq Qadınlar Günündə cəmiyyətin ən zərif, ən gözəl nümayəndələri sayılan qadınlar müxtəlif şəxslərdən hədiyyələr gözləyir, daha böyük diqqət tələb edirlər. Təbii ki, qadınlarımızın bu istəklərinin reallaşması kişilərin maddi vəziyyətindən çox asılıdır.
Oxunub: 123 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-09
| Reytinq: 3.4/35
| Şerh et(Yorumlar)<< (0)
|
Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı əsassız görünən açıqlama ilə çıxış edib. Ötən ayın 19-da keçirilən prezident seçkilərində qələbə çalan Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı ilk baxışdan cəlbedici, məntiqi baxımdan isə əsassız görünən açıqlama ilə çıxış edib. O, Rusiyada nəşr olunan “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə deyib ki, Dağlıq Qarabağ problemi istisnasız olaraq qarşılıqlı kompromislər əsasında, sülh yolu ilə həll olunmalıdır. Amma Sərkisyan münaqişənin həllində beynəlxalq hüquq normalarını və dövlətlərin ərazi bütövlüyü məsələsini önə çıxarmaq əvəzinə qəribə bir təkliflə çıxış edib. O deyib ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyü hüququnu tanımalıdır. Ermənistan Prezidenti bu iki amilin bir-birilə uzlaşmadığı... Davamı »
Oxunub: 71 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-09
| Reytinq: 0.0/0
| Şerh et(Yorumlar)<< (0)
|
Martın 1-dən etibarən yenidən dünyanın diqqət mərkəzinə düşən Fələstində vəziyyət get-gedə gərginləşməkdədir. Xüsusilə, əslən ərəb olduğu güman edilən şəxslərdən birinin Qüdsdə dini təhsil verən məktəbə hücum edərək, 10 nəfəri öldürməsi, 35 nəfəri isə yaralaması İsraildə böyük əks-səda doğurub. Onu da deyək ki, hadisəni törədən şəxs mühafizəçilər tərəfindən öldürülüb. Baş verən hadisəyə cavab olaraq, İsrailin Xan Yunis məntəqəsinə endirdiyi raket zərbələri nəticəsində daha 4 nəfər dinc fələstinli həlak olub. Onlarla dinc sakin isə yaralanıb. Xatırladaq ki, martın 5-də Xan Yunis yaxınlığındakı Alkarara qəsəbəsinə hücum edən İsrail ordusu 1 körpəni qətlə yetirmiş, 17 nəfər dinc sakini isə yaralamışdı. Yaralananların 3 nəfəri azyaşlı uşaqdır. Amma deyəsən, bütün bunlar İsrail üçün kifayət deyil. Dünən Ehud Olmert bir daha Qəzzada və digər Fələstin torpaqlarında hərbi əmə... Davamı »
Oxunub: 158 |
Redaktor: Hedefturan |
Tarix: 2008-03-09
| Reytinq: 4.2/13
| Şerh et(Yorumlar)<< (0)
|