Ana Seyfe » 2008 » Avqust » 2
 
Türkiyə hüquq-mühafizə orqanları terrorçuların həbs edildiyini açıqlayıb

Türkiyənin İstanbul şəhərində ötən bazar günü törədilmiş partlayışı PKK üzvlərinin törətdiyi təsdiqlənib. Məlumatı Türkiyənin daxili işlər naziri Bəşir Atalay verib. Onun sözlərinə görə, 17 nəfərin ölümünə və 154 adamın yaralanmasına səbəb olmuş terror aktına görə məsuliyyət daşıyan cinayətkarlar həbs edilib. /ANS PRESS/

Bölüm: Hadise | Oxunub: 37 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Dövlət Statistika Komitəsi ilin sonunda qiymət artımının 23-24 faiz təşkil edəcəyini proqnozlaşdırır

Azərbaycanda illik inflyasiya 20 faizi keçib. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ANS-ə bildirib ki, bu ilin 6 ayında qiymətlər ötən ilin 6 ayına nisbətən 20,2 faiz artıb. Komitə sədri ilin sonuna inflyasiyanın 23-24 faiz civarında dəyişəcəyini proqnozlaşdırır.
Arif vəliyev avqust-sentyabr aylarında qimətlərdə elə də ciddi artım gözləmir. Onun fikrincə, mövsümi amillərlə əlaqədar bu dövrdə artım templəri bir az zəifləyəcək. İlin sonuna doğru isə bahalaşmanın sür... Davamı »

Bölüm: İqtisadiyyat | Oxunub: 47 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Son iki sezonda oynadığı 36 matçda 4 qol vuran təcrübəli futbolçunun transferinin hər an reallaşa bilər

Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, "Fənərbaxça" klubu İspaniyanın “Rasinq Santander” kulubunda çıxış edən Qonzalo Kolsa ilə razılığa gəlib. Mehmet Aurelionun əvəzinə dayaq yarımmüdafiəçisi axtarışında olan və Markos Sienna, Xabi Alonso, Albelda kimi oyunçuları transfer etməyə çalışan "Fənərbaxça", 29 yaşlı Qonzalo Kolsayla razılıq əldə edərək bu boşluğu doldurmuş oldu. Son iki sezonda meydana çıxdığı, 36 matçda 4 qol vuran təcrübəli futbolçunun transferinin hər an reallaşa bil... Davamı »

Bölüm: İdman | Oxunub: 43 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Qarabağ Azadlıq Təşkilatı ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqlaması ilə bağlı bəyanat verib

Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ dövlət katibi müavinin köməkçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqlaması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda amerikalı həmsədrinin Moskva görüşü zamanı verdiyi açıqlama ermənipərəst mövqe kimi dəyərləndirilib. Bəyanatda bildilir ki, Metyu Brayza danışıqlarda Dağlıq Qarabağ ətrafındakı r... Davamı »

Bölüm: Siyaset | Oxunub: 40 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
İsa Qəmbər: "Seçkilərdə iştirak etməmək daha münasib qərardır"

 

Müxalif "Müsavat" Partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkisinə qatılmayacaq. Qərar partiya Məclisinin avqustun 2-də keçirilən iclasında verilib.
Müsavat başqanı İsa Qəmbər iclasdakı çıxışında bildirib ki, "Müsavat"ın seçkidə iştirak etməməsi daha münasib qərardır. Lakin son qərarı verməyi o, məclis üzvlərinin öhdəsinə buraxıb.
Müzakirələrdən sonra partiyanın seçkiyə qatılmaması barədə qərar qəbul olunub. /"Azadlıq" radiosu/ ... Davamı »

Bölüm: Siyaset | Oxunub: 39 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Prezidentin namizədliyi 700-ə yaxın qurultay iştirakçısı tərəfindən dəstəklənib

 

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçirilib. Bu gün keçirilən IV qurultayında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi rəsmən irəli sürülüb. İlham Əliyevin namizədliyinin irəli sürülməsi qərarı 700-ə yaxın qurultay iştirakçısı tərəfindən yekdilliklə dəstəklənib. /ANS PRESS/

Bölüm: Siyaset | Oxunub: 44 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Bu barədə qərar partiyanın bu gün keçirilən qurultayında verilib

"Azərbaycan Demokrat Partiyası" (ADP) oktyabrın 15-də keçiriləcək prezident seçkisində iştirak etməyəcək.
Bu barədə qərar ADP-nin avqustun 2-də keçirilən qurultayında verilib. Hazırda hakim "Yeni Azərbaycan" və "Müsavat" partiyalarının qurultayları davam edir. /"Azadlıq" radiosu/

Bölüm: Siyaset | Oxunub: 41 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Tanınmamış Osetiya respublikasının prezidenti Eduard Kokoytı baş verənlərdə Tiflslə yanaşı, ABŞ və Ukraynanı da ittiham edib

 

Gürcü-osetin münaqişə zonasındakı sülhə dəstək üzrə qarışıq kontingentin sülhməramlıları gecə saatlarında tərəflər arasında toqquşma baş verdiyi barədə məlumat yayıb. Döyüş səhər saat 6 radələrində yenidən bərpa olunub. Atışma əsasən Sxinvalinin cənub-qərb tərəfi ilə Zemo-Nikozi kəndi arasında gedir.
Gürcü-osetin münaqişə zonasındakı döyüşdə müxtəlif çaplı atıcı silahlardan və qumbaraa... Davamı »

Bölüm: Hadise | Oxunub: 42 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

 
Əli Həsənov: «Hökumətin ayırdığı yardımın çeşidi beynəlxalq ərzaq proqramının çeşidindən daha çoxdur»

"Qaçqınlara ərzaq yardımının edilməsi ilə bağlı BMT-nin Ərzaq Proqramının Azərbaycandakı missiyası başa çatandan sonra bu vəzifəni hökumət öz üzərinə götürüb və artıq bu aydan qaçqınlara yardımların paylanılmasına başlanılıb". Bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. O qeyd edib ki, hökumətin ayırdığı yardımın çeşidi beynəlxalq ərzaq proqramının çeşidindən daha çoxdur: "Hökumət tam bu yükü öz üzərinə götürüb. Bu aydan artıq o ... Davamı »

Bölüm: Ölke Daxili | Oxunub: 41 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Rəsmi İrəvan 1915-ci il hadisələrini dana biləcək işə baş qoşmayacağənə bəyan edib
Rəsmi İrəvan Türkiyənin 1915-ci il qondarma erməni soyqırımı iddialarını araşdırmaq üçün quracağı müştərək komissiyada iştirak etmək təklifini rədd edib. CNN Türkün verdiyi məlumata görə, bunu Ermənistanın Xarici işlər naziri Edvard Nalbandyan keçirdiyi mətbuat konfransında deyib.

“Bir daha xatırladıram. 1915-ci il hadisələri ilə əlaqədar olaraq Ermənistan inkar siyasətini qüvvətləndirəcək heç bir addımı atmayacaq”. Türkiyə ilə əlaqələri düzəltmək istədiklərini bildirən Nalbandyan, prezident Abdullah Gülün iki ölkə arasında keçiriləcək futbol qarşılaşmasına dəvət edilməsinin bu istiqamətdə bir addım olduğunu deyib. Nazir, artıq top Türkiyə tərəfdədir - deyib. /ANSPRESS/

Bölüm: Siyaset | Oxunub: 41 | Redaktor: Admin | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Paruyr Stepanyan: "Ermənistan vətəndaşı olmaq istəmirəm. Ən əsası, mən vətəndaşlıqdan imtina edirəm"
Ermənistan ordusunun könüllü olaraq Azərbaycan tərəfinə keçmiş əsgəri Paruyr Stepanyan Ermənistan vətəndaşlığından imtina edir. O, ANS-in əməkdaşına verdiyi müsahibədə bildirib ki, Azərbaycana üz tutmasının əsas səbəblərindən biri Ermənistan ordusundakı özbaşınalıqdır.

İrəvanda anadan olmuş 19 yaşlı Paruyr Stepanyanın vətəndaşı olduğu ölkə ilə müharibə vəziyyətində olan Azərbaycana üz tutmasının bir neçə səbəbi var. O müsahibəsində orduda özbaşınalıqdan tutmuş Ermənistanda insan haqlarının pozulmasına qədər bir çox mətləblərə toxunub. O, ali təhsil almamasını Ermənistandakı korrupsiya ilə izah edib, bildirib ki, orada rüşvət verməsən ali məktəbə daxil olmaq müşkül məsələdir.

Stepanyan Qarabağın tarixini də, hətta ... Davamı »

Bölüm: Siyaset | Oxunub: 39 | Redaktor: Admin | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Azərbaycan zabiti qəhrəmancasna həlak olub

Azərbaycan zabiti qəhrəmancasna həlak olub

Dənizdə batan iki nəfəri xilas edərək, özü sulara qərq oldu

Mərhumun cəsədi hələ də tapılmayıb

İyulun 30-da saat 19-20 arası Fatmayı yaxınlığında dənizdə bir nəfər batıb. Bu, Naxçıvanski adına Ali Hərbi Məktəbin müəllimi, 28 yaşlı zabit Anar Şirinov olub.
Anar Şirinovun hadisə yerində olan əmisi oğlu Mobil Şirinovun verdiyi məlumata görə, mərhumun cəsədini hələ də tapmaq mümkün olmayıb. Mobil Şirinov məlumat verdi ki, Anar Şirino... Davamı »

Bölüm: Hadise | Oxunub: 43 | Redaktor: karakurt | Tarix: 2008-08-02 | Reytinq: 4.0/1 | Şerh et(Yorumlar)<< (2)

 
Bu məqsədlə Müsavat və Demokrat partiyalarının Məclisi, Böyük Quruluş Partiyasının isə Siyasi Qurulunun iclası keçiriləcək

Bu gün bir sıra müxalifət partiyaları oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı yekun qərar qəbul edəcək. Bu məqsədlə Müsavat və Demokrat partiyalarının Məclisi, Böyük Quruluş Partiyasının isə Siyasi Qurulunun iclası keçiriləcək.
Müsavat Məclisinin iclası saat 11.00-da başlayacaq və prezident seçkilərində iştirak məsələsinə baxılacaq. ADP Məclisinin iclasında da seçkidə iştirak məsələsi müzakirə edilməlidir. Qeyd edək ki, Müsavatdakı müzakirələr a... Davamı »

Bölüm: Siyaset | Oxunub: 45 | Redaktor: Hedefturan | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Naxçıvanda ağsaqqalların bir yerə toplaşmağı qadağan edilib

Naxçıvanda ağsaqqalların bir yerə toplaşmağı qadağan edilib

Naxçıvanın Nehrəm kəndində ağsaqqalların bir yerə toplaşmasına icazə verilmir.
Kəndin inzibati cəhətdən tabe olduğu Babək rayon polisi ağsaqqallara bir yerə toplaşmağı qadağan edib.
«Dədə-babadan biz bir yerə toplaşıb, olub-keçənlərdən söhbət edirik. Kəndin dükan-bazarı, çayxanaları söküləndən sonra burada daş-kəssəyin üzərində otururuq». Ağsaqqallar bunu «Azadlıq» radiosuna bildirib.
Sakinlər deyirlər ... Davamı »

Bölüm: Siyaset | Oxunub: 43 | Redaktor: karakurt | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Amma bu mərkəz resursların bağlanılması, internet ünvanların bloklanması və s. səlahiyyətlərə malik olmayacaq

“Elektron Azərbaycan” Dövlət Proqramının icrası və Azərbaycanın Avropa Şurasının “Kibercinayətkarlığa dair Konvensiyası”na qoşulması ilə əlaqədar Azərbaycanda Elektron Təhlükəsizlik üzrə Milli Mərkəzin (AZ-CERT) yaradılması nəzərdə tutulub. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hazırda bu sahədə dünya təcrübəsi öyrənilməkdədir.
Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz “az” domen zonasında fəaliyyət göstərəcək, saytların hazırlanması və istifadə zamanı texniki, texnoloji və proqramlaşdırma sahəsində buraxılan boşluqların aradan qaldırılmasına yardımçı olacaq.

AZ-CERT kompüter təhlükələrinin yaranmasında bu və ya digər formada iştirak edən şəxslərin və qurumların fəaliyyəti... Davamı »

Oxunub: 43 | Redaktor: karakurt | Tarix: 2008-08-02 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Mini Çat