Müsavat başqanı boykot tərəfdarı olduğunu bəyan edib
Bu gün saat 11:00-da Müsavat Partiyası Məclisinin sessiyası başlayıb. Lent.az-ın xəbərinə görə, 77 Məclis üzvünün iştirak etdiyi iclasda partiyanın Xətai və Kürdəmir təşkilatlarının yeni seçilmiş sədrlərinin Məclis üzvü səlahiyyəti təsdiqlənib.
Bundan sonra partiyanın qarşıdan gələn prezident seçkisində iştirak edib-etməməsi məsələsi müzakirəyə çıxarılıb. Məclis sədri Sülhəddin Əkbər qurumun ötən ilki iclasında Müsavat Partiyasının seçkiyə qatılması barədə qərar qəbul olunduğunu, bununla belə, boykot hüququnu da özündə saxladığını deyib. Müzakirələrdə çıxış edən Müsavat başqanı İsa Qəmbər prezident seçkilərinin boykot olunmasına tərəfdar olduğunu bəyan edib. O, mövqeyini ölkədə söz və sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, Seçki Məcəlləsinə antidemok... Davamı »
Avqustun 3-dək işləyəcək Apellyasiya komissiyası imtahana buraxılmayan, zaldan çıxarılan abituriyentlərin də şikayətlərini araşdıracaq Qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış Apellyasiya komissiyası bu gündən fəaliyyətə başlayır. Bu barədə TQDK-nın şöbə müdiri Arzu Bağırov məlumat verib.
O, bildirib ki, avqustun 3-dək işləyəcək komissiya bu və ya digər səbəblərdən imtahana buraxılmayan, zaldan çıxarılan abituriyentlərin də şikayətlərini araşdıracaq. /ANS TV/
Müharibənin başlanacağından qorxan osetiyalılar Rusiyaya qaçır
Gürcüstan Tanınmamış Cənubi Osetiya Respublikası ilə sərhəddə ordu hissələrini yerləşdirir. Daxil olan xəbərlərdə bildirilir ki, Qori rayonu ərazisindəki hərbi hissədən Tsxinvaliyə Gürcüstan Müdafiə Nazirliyinin dördüncü motopiyada korpusuna məxsus hərbi qruplar, canlı qüvvə, üzərində D-30 artilleriya qurğuları olan yük maşınları istiqamət götürüb. Hazırda həmin hərbi karvan Gürcüstanın Eredvi yaşayış məntəqəsinin ərazisindədir.
Rusiyanın informasiya agentlikləri isə xəbər verirlər ki, Cənubi Osetiya camaatı arasında təşviş müşahidə edilir. Hərbi əməliyyatların qaçılmaz olduğunu deyən camaat Rusiyaya keçməyə can atır. Təkcə son iki gün ərzində qonşu ölkə ərazisinə dörd mindən çox şimali osetiyalı keçib, halbuki, indiyədək onların sayı cəmi iki minə yaxın ... Davamı »