Rəsmi Tehranın yazılı cavabı Avropa Birliyinə daxil olsa da, onun məğzi barədə heç bir açıqlama verilmir
Rəsmi Tehran dünyanın altı aparıcı ölkəsinin nüvə proqrammı ilə bağlı təklifinə cavab verib. Cavab yazılı göndərilib. Məlumatı «Reuters» agentliyi Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solanaya istinadən yayıb. Havyer Solana, cavabı aldıqlarını təsdiqləsə də, məktubun detalları ilə bağlı heç bir açıqlama verməyib. Qeyd edək ki, «altılıq» ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İranın nüvə proqrammı ilə b... Davamı »
Xüsusi istintaq komissiyası tərəfindən hazırlanan siyahıda Fransanın sabiq baş naziri Dminik de Vilpen və eks-prezident Fransua Mitteranın da adı var
Ruanda hakimiyyəti bu gün Fransanın dövlət adamlarını 1994-cü ildə bu ölkədə soyqırımı həyata keçirməkdə ittiham edib. Məlumatı "Reuters" agentliyi yayıb. Ruandanın xüsusi istintaq komissiyasının tərtib etdiyi siyahıda Fransanın sabiq baş naziri Dminik de Vilpen və eks-prezident Fransua Mitteranın da adı var. 1994-cü ildə Ruandada baş vermiş soyqırımı nəticəsində təxminən 800 min nəfər həlak olub. /ANS PRESS/<... Davamı »
Nəticədə bir dinc iraqlının yaralandığı bildirilir
İran ərazisindən atılan raket mərmiləri nəticəsindən bir dinc iraqlı yaralanıb. Sərhəd qoşunlarının komandanı Ömər Şərifin «Reuters» agentliyinə verdiyi məlumatara görə, İran ərazisindən İraqın Ərbil vilayətinə təxminən 120 «Katyuşa» raketi atılıb. Xatırladaq ki, İran, əvvəllər də əsasən kürd silahlılarının sığındığı Şimali İraqı raket atəşinə tutub. /ANS PRESS/
Sücəddin Məmişov TQDK-nın abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədi ilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çapı ilə məşğul olub
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlərə, yuxarı sinif şagirdlərinə və müəllimlərə kömək məqsədi ilə nəşr etdirdiyi dərsliklərin nümunələrinin qeyri-qanuni çap edilməsi ilə məşğul olan Bakı şəhər sakini Sücəddin Məmişov yaxalanıb. MTN-in mətbuat xidmətindən verilən məlumata görə, Sücəddin Məmişova məxsus mətbəəd... Davamı »
O, prezident seçkilərində bütün namizədlərə eyni imkanlar yaradılması barədə tapşırıq verib
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Prezident İlham Əliyev ötən beş ildə ümumi daxili məhsulun 2,7 dəfə artmasını uğurlu iqtisadi inkişafın əyani göstəricisi olduğunu vurğulaDavamı »
Təranə Ağamalıyevanın cəzanın icrası uşağı 8 yaşına çatanadək təxirə salınıb
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Təranə Ağamalıyeva məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, apellyasiya instansiyası T. Ağamalıyevanın apellyasiya şikayəti qismən təmin edib. Hakim Etibar Nəbiyevin sədrlik etdiyi məhkəmənin qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Cinayət Məcələsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin ... Davamı »
EKSKLÜZİV: İyulun 19-da sərhəddi keçməyə cəhd edərkən öldürülmüş erməni kəşfiyyatçısının meyiti Ermənistana təhvil verilib
Qor Mixayeloviç Minasyanın meyiti Qazaxın Balacəfərli kəndi istiqamətində qaytarılıb
İyulun 19-da gecə saat 00.30-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində sərhədlərimizi keçməyə cəhd edərkən öldürülmüş və meyiti artıq 17 gündür ki, Azərbaycan tərəfdə olan Ermənistan kəşfiyyatçısı, 22 yaşlı Qor Mixayeloviç Minasyanın meyiti Ermənistan tərəfə təhvil verilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, kəşfiyyatçının meyiti Qazaxın Balacəfərli kəndi istiqam... Davamı »
Mahmud Əhmədinejad Türkiyə prezidenti Abdulla Güllə İranın nüvə proqramını müzakirə edəcək
İran prezidenti Mahmud Əhmədinejad avqustun 14-də Türkiyəyə gedəcək. Onun İstanbulda Türkiyə prezidenti Abdulla Güllə görüşü gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, iki lider görüş zamanı İranın mübahisəli nüvə proqramını müzakirə edəcək. İkitərəfli münasibətlər də müzakirə mövzusu olacaq.
M.Əhmədinejad 2004-cü ildən bəri Türkiyəyə səfər edəcək ilk yüksək rütbəli şəxs olacaq. /ANS PRESS/
Arif Hacılı:"Növbəti etiraz aksiyasının yeri avqustun 11-də keçiriləcək toplantıda müəyyənləşəcək"
"Müsavat" Partiyası gələn həftədən irimiqyaslı kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib. Bu haqda ANS PRESS-ə partiyanın Mərkəzi İcra Apratının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, növbəti etiraz aksiyasının yeri və vaxtı avqustun 11-də keçiriləcək toplantıda müəyyənləşəcək. "Mitinq Komitəsinin təklifləri nəzərə alınaraq, buna qərar veriləcək. Partiya seçkilərdə iştirak etməsə də, proseslərdə fəallıq göstərəcək. Seçkilərdə müşahidəçi qismində iştirakımız ... Davamı »
UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan klub «Partizan»a qarşı cavab oyunu keçirəcək
UEFA Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparan «İnter» futbol klubu «Partizan»a qarşı cavab oyununu keçirmək üçün bu gün Belqrada yola düşüb.
Azərbaycan çempionu səfər öncəsi Bakıda yekun məşqini keçirib. Bu məşqdə «İnter»in baş məşqçisi Valentin Xodukin əsasən fiziki hərəkətlərə diqqət yetirib. Futbolçular kiçik ötürmələr və kəskin əks-hücumlar üzərində işləyirdi.
Xatırladaq ki, «İnter» və «Partizan» klubları arasında UEFA Çempionlar ... Davamı »
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-də və 5-də fasilərlə atəşkəs rejimini pozublar. Belə ki, erməni ordusu saat 23.10-dan gecə saat 00.40-dək Ermənistanın Berd rayonu Çinari və Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 08.50-dən 09.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 20.20-dən 20.45-dək Füzuli ray... Davamı »
Gənclər və İdman Nazirliyi ölkədə işsiz gənclərin sayını dəqiqləşdirməklə məşğuldur
Sentyabrın 24-27-də Bakıda dünya gənclərinin dördüncü məşğulluq sammiti keçiriləcək. Sammitə dünyanın 100-ə yaxın ölkəsindən elə bu qədər də gəncin qatılacağı gözlənilir. Gənclər və İdman Nazirliyinin sosial proqramlar sektorunun əməkdaşı Rüstəm Abdullayevin sözlərinə görə, tədbirin keçirilməsində əsas məqsəd gənclərin məşğulluğunun artırılması və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsidir. Gənclərinin məşğulluğunun artırılması üçün Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi tədbirlər planı... Davamı »
Mahmud Əhmədinejad Türkiyə prezidenti Abdulla Güllə İranın nüvə proqramını müzakirə edəcək İran prezidenti Mahmud Əhmədinejad avqustun 14-də Türkiyəyə gedəcək. Onun İstanbulda Türkiyə prezidenti Abdulla Güllə görüşü gözlənilir.
Türkiyə mətbuatının yazdığına görə, iki lider görüş zamanı İranın mübahisəli nüvə proqramını müzakirə edəcək. İkitərəfli münasibətlər də müzakirə mövzusu olacaq.
M.Əhmədinejad 2004-cü ildən bəri Türkiyəyə səfər edəcək ilk yüksək rütbəli şəxs olacaq. /ANS PRESS/