"OĞUZ" ictimayi birliyi yardaıldı.Türk olduqnu unudma!!!
xilaskar@list.ru
Öncəliklə
bütün oxuyucuları salamlayıram. Azerbaycanda son zamanlar genclerimizin
fealliğını görürük ve sözsüz ki bu sevindiricidir. O da sevindiricidir
ki genclerimizin arasinda heqiqeten milli süuru yuksək olanlar üstünlük
təşgil edir və fikir verirsək... Davamı »
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında deyilir
“Rusiya Federasiyasının hərbi fəaliyyəti münaqişə zonasının
sərhədlərindən çıxıb və təhlükəli miqyas alaraq, müstəqil dövlətin
suverenliyini və ərzi büövlüyünü pozaraq Gürcüstanın digər ərazilərinə
keçib. Bu şəraitdə Ukrayna, Polşa, Litva və Estoniyanın prezidentləri
avqustun 12-si təxirəsalınmadan birlikdə Tiflisə gəlmək barədə qərar
gəliblər”. "Novosti-Qruziya"nın məlumatına görə, bu barədə Ukrayna
Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Ukrayna XİN-i qeyd
edir ki, beynəlxalq təşkilatların gürcü-osetin münaqişəsinin həlli üçün
səyləri hələ ki, nəticəsizdir. /ANS PR... Davamı »
Qondarma qurumun xarici işlər naziri Sergey Şabma əməliyyatın yalnız hərbçilərə qarşı yönəldiyini bildirib
Tanınmamış
Abxaziya respublikası ərazisində yerləşən hərbi qüvvələr bu gün səhər
Gürcüstanın Kodor dərəsində gürcü qoşunlarına qarşı əməliyyata başlayıb.
Rusiya
kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, qondarma
qurumun xarici işlər naziri Sergey Şabma bildirib ki, əməliyyat yalnız
hərbçilərə qarşı yönəlib. /ANS TV/
Bu əməliyyat nəticəsində 10 nəfərdən ibarət olan terrorçu qrupun zərərsizləşdirilməsi planlaşdırılır
Türkiyə
Tuncelidə PKK-ya qarşı növbəti əməliyyata başlayıb. Ərzincan şəhərində,
türk əsgərlərinə qarşı təşkil olunmuş hucumdan sonra, Tunceli və
Ərzincandakı hərbi qüvvələr Munzur dağı və ətraf rayonlarda
əməliyyatlar həyata keçirilir. Bu əməliyyat nəticəsində 10 nəfərdən
ibarət olan terrorçu qrupun zərərsizləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, əməliyyatda Ərzincan polis İdarəsinin əsgərləri də
iştirak edir. Hərbçilərin sözlərinə görə, iyun ayının əvvəlindən
Ərzincanda olan PKK-nın 20 üzvünün Qa... Davamı »
Dmitri Medvedev bəyan edib ki, ölkəsi Qafqazda heç vaxt passiv müşahidəçi olmayacaq
Onun sözlərinə görə, Rusiya tarixən Qafqaz xalqlarının təhlükəsizliyinin qarantı olub
Onun sözlərinə görə, Rusiya tarixən Qafqaz
xalqlarının təhlükəsizliyinin qarantı olub: “Bu, bizim missiyamız və
vəzifəmizdir”. Rəsmi Moskva həmçinin NATO-nu atdığı addımlarda
diqqətli olmağa çağırıb. Rusiya diplomatlarının fikrincə, alyans hər
hansı qərar qəbul edərkən onların mövqeyini öyrənməlidir. Rusiyanın
NATO-dakı səfiri Dmitri Roqozin Rusiya-NATO şurasının xüsusi görüşü ilə
bağlı alyansa müraciət edib. NATO rəsmiləri isə öz cavablarında bu
müraciətin müzakirə edi... Davamı »
Fransanın işlədib-hazırladığı layihəni rusiyalı diplomatlar BMT TŞ-nin iclasında geri qaytarıb
BMT Təhlükəsizlik Şurasında gürcü-osetin
münaqişəsinə həsr olunmuş dinləmələr nəticəsiz başa çatıb. Fransalı
diplomatların konfliktin həll edilməsinə dair hazırladığı layihəni
Rusiyanın nümayəndə heyəti rədd edib. Fransalı diplomatlar
jurnalistlərə bildiriblər ki, onların təklif etdiyi layihədə
münqaqişənin həlli üçün üç təklif irəli sürülüb: hərbi əməliyyatların
qeyd-şərtsiz dayandırılması, Rusiya Ordusunun Cənubi Osetiya
ərazisindən çıxarılması və Gürcüstanın ərazi bütövlüyünün bərpası,
hərbi əməliyyatlar zamanı zərər çəkmiş insanlara yardım göstərilməsi.
«Reuters»
informasiya agentliyinin yaydığı məlumata əsasən, BMT Təhlükəs... Davamı »
Buş
bildirib ki, Rusiyanın bu hərəkətləri Gürcüstanda və regiondakı
niyyətləri haqqında ciddi sualların meydana çıxmasına səbəb olub
Amerika
Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Corc Buş Çinin paytaxtı Pekində
verdiyi müsahibəsində Cənubi Osetiyada baş verən hadisələrə
münasibətini bildirib. O, müsahibəsi zamanı Gürcüstanda baş verən
zorakılığı tənqid edərək bunu qəbuledilməz və Rusiyanın buna olan
cavabını isə əndazəsiz adlandırıb.
Prezident Buş həmçinin öz
nitqində Rusiyanın baş naziri Vladimir Putinlə Pekindəki Yay Olimpiya
Oyunlarının açılış mərasimindən əvvəl Gürcüstanda baş verən hadisələrlə
bağlı birbaşa söhbət etdiyini... Davamı »
Paytaxt
Tiflisin rus hərbçiləri tərəfindən tutulacağından ehtiyat edən
Gürcüstan höküməti öz qoşunlarını şəhərin ətrafına toplayıb
Gürcüstanda
vəziyyət gərgin olaraq qalır. Rusiya qoşunları tanınmamış Abxaziya
respublikası istiqamətində Gürcüstanın içərilərinə doğru irəliləyərək
bir neçə şəhəri nəzarət altına alıb. Paytaxt Tiflisin rus hərbçiləri
tərəfindən tutulacağından ehtiyat edən Gürcüstan höküməti öz
qoşunlarını şəhərin ətrafına toplayıb. Tiflis sakinləri isə təşvişə
düşüb. Ölkə prezidenti Mixail Saakaşvili dünya ictimaiyyətinə müraciət
edərək, Gürcüstan ərazilərinin böyük hissəsinin Rusiyanın nəzarəti
altına keçdiyini bildirib. Dövlət başçısın... Davamı »
19 yaşlı Şəhriyar Balışov cəbhənin Qazax istiqamətində erməni hərbiçiləri tərəfindən snayperlə vurulub
Azərbaycan
Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin
məlumatına görə, 19 yaşlı Şəhriyar Salaməddin oğlu Balışov cəbhənin
Qazax istiqamətində döyüş növbəsini yerinə yetirərkən erməni
hərbiçiləri tərəfindən snayperlə vurulub. Əsgərin cənazəsi artıq anadan
olduğu Cəlilabad rayonunun Alar kəndinə gətirilib və dəfn edilib. Qeyd
edək ki, Cəlilabad Hərbi Komissarlığından hərbi xidmətə çağırılan
Şəhriyar Balışovun xidmətini başa vu... Davamı »
İki güləşçi, iki ağırlıqqaldıran, bir boksçu və bir cüdoçumuz ümidverici idmançılarımızdandır
Pekin
Olimpiya Oyunlarında boksçu Şahin İmranovun uğurlu startını bu gün gənc
və perspektivli Samir Məmmədov davam etdirməyə çalışacaq. 51 kq çəki
dərəcəsində yumruqlarını sərgiləyəcək boksçumuz komandamızın ən
ümidverici idmançılarından sayılır. Samir Məmmədovla yanaşı, Pekin
Olimpiadasının medalları uğrunda daha 5 idmançımız mübarizəyə girişəcək.
Cüdoçuların
turnirində 81 kq çəki dərəcəsində yarışan Mehman Əzizov təcrübəsindən
bəhrələnməyə çalışacaq. Yunan-Roma güləşində isə 2 pəhləvanımız döşək
üzərində qurşaq tutacaq. Siftə er... Davamı »
Pekin 2008-də həmyerlilərimiz erməni güləşçilərini məğlub ediblər
Güləşçimiz Vitali Rəhimov erməni Armen Nazaryanı, Rövşən Bayramov isə Roman Amoyanı məğlub edərək finala vəsiqə qazanıblar
Azərbaycan
güdəşçiləri erməniləri məğlub ediblər. Pekin Olimpiya Oyunlarında
yarışa başlayan daha iki Azərbaycan idmançısı finala vəsiqə qazanıb.
Belə ki, güləşçimiz Vitali Rəhimov (60 kq) əvvəlcə Bolqarıstanı təmsil
edən erməni Armen Nazaryanı (0:2; 3:0;7:0), sonra isə qazaxıstanlı
Nurbatır Tengirbayıvevi məğlub edərək finala yüksəlib.
Daha
sonra Rövşən Bayramov (55 kq) əvvəlcə kubalı döyüşcünu, sonra isə
Ermənistanı təm... Davamı »
Məqsəd - paytaxtı rus aqressorlarından müdafiə etməkdir
AFP
informasiya agentliyinin Gürcüstanın hökumətinə istinadən yaydığı
məlumata əsasən, bu dəqiqələrdə Gürcüstanın müdafiə nazirliyinin
qoşunları Tiflis şəhəri ətrafında cəmləşir. Əsas məqsəd - paytaxtı rus
aqressorlarından müdafiə etməkdir. Xatırladaq ki, Gürcüstanın
Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya bildirib ki, Rusiya
Ordusunun bölmələri Tiflisdən 40-60 kilometr aralıdadır və onlar
paytaxta doğru irəliləyir. /ANS PRESS/
Bu barədə məlumatı Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya verib
Gürcüstanın Təhlükəsizlik Şurasının rəhbəri Kaxa Lomaya jurnalistlərə bildirib ki, Rusiya Müdafiə nazirliyinə məxsus qoşunlar paytaxt Tiflisdən 60 kilometr aralıda yerləşən Qori şəhərini zəbt ediblər. Bir qədər sonra isə Rusiyanın müdafiə nazirliyi bu məlumatın düzgün olmadığı barədə məlumat yayıb. Lakin rəsmi Tiflis rus tərəfini daim dezinformasiya yaymaqda ittiham edib. /ANS PRESS/
Bu barədə Azərbaycanın Silahlı Qüvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıqov bildirib
Azərbaycanın Silahlı Qüvvələrinin baş qərargah rəisi Nəcməddin Sadıqov Gürcüstan kütləvi informasiya vasitələrinin Tiflisin mərkəzindən bir neçə km aralıda yerləşən Maxata dağında yerləşən radar idarəetmə məntəqəsini Azərbaycan tərəfdən gələn təyyarənin bombalaması barədə məlumatının tamamilə yanlış olduğunu bildirib. «Münaqişə başlayandan Azərbaycanın hava sərhədini heç bir ölkənin təyyarəsi pozmayıb. Azərbaycan özünün hava məkanından qonşu dövlə... Davamı »
Rusiya qırıcıları Gürcüstanın Acarıstan bölgəsinə bombalar atıb
Rusiya aviasiyası Gürcüstanın Türkiyə ilə sərhəd kəndlərinə havadan zərbə endirib. Gürcüstan tərəfinin yaydığı məlumata görə, Rusiya qırıcılarının Acarıstan bölgəsinə atdığı bombalar Xelvaçaur rayonunun 2 kəndinə və rayon mərkəzinə düşüb. Rayon mərkəzində bir neçə avtobus və bir yaşayış evi partlayışdan zərər çəkib. Ölən və yaralanan yoxdur./ANS TV/