Ana Seyfe » 2008 » Avqust » 15 » İsa Qember
İsa Qember
11:43 Pm

İsa Qəmbər: "Real müxalifətin əməkdaşlığı prezident seçkisinədək baş tutacaq"

İsa Qəmbər:

Müsavat Partiyasının başqanı İsa Qəmbər bəyan edib ki, prezident seçkisində iştirakdan imtina edən real müxalifət qüvvələrinin birliyi tezliklə baş tutacaq.
«Real müxalifətin əməkdaşlığı seçkiyədək baş tutacaq və seçkidən sonra da davam edəcək. Bu, koalisiya formasında və ya başqa formada olacaq, bütün bunlar məsləhətləşmələrin gedişindən asılıdır», - deyə bu gün İsa Qəmbər bildirib.
Onun sözlərinə görə, seçkidə iştirakdan imtina edən qüvvələrin əməkdaşlığını nəzərdə tutan formatın yaradılması üçün müxtəlif siyasi qüvvələr tərəfindən təşəbbüslər səslənib, iddialar irəli sürülüb. Müsavat Partityasının da bununla bağlı mövqeyi səslənib.
«Eyni zamanda, Müsavat Partiyası seçkidə iştirak etməyən müxtəlif siyasi qüvvələrlə, real müxalifətlə ilkin fikir mübadiləsi aparıb. Artıq ilkin fikir mübadiləsi məsləhətləşmə mərhələsinə daxil olub. Hesab edirəm ki, bu məsləhətləşmələr də müəyyən nəticələrə gətirib çıxaracaq» - deyən Müsavat başqanı əlavə edib ki, yeni əməkdaşlıq formatı ətraflı ölçülüb - biçiləcək. «Biz seçkidə iştirak etməyən müxtəlif siyasi qüvvələrin əməkdaşlığını ölçülüb - biçilmiş şəkildə həyata keçirmək niyyətindəyik. Biz bu işi hadisələrin məntiqinə uyğun şəkildə həyata keçirmək niyyətindəyik», - deyə İ.Qəmbər bildirib. // Trend

Bölüm: Siyaset | Baxılıb: 46 | Elave Edib: karakurt | Reytinq: 0.0/0 |
Ümumi Şerhler: 0
İsim *:
Email:
WWW:
Kod *:

Mini Çat