Ana Seyfe » 2008 » Avqust » 17 » Azerbaycan, Türkiye ve Ukrayna Borjomi deresindeki yanğını leğv etmekde Gürcüstana kömek edecek
Azerbaycan, Türkiye ve Ukrayna Borjomi deresindeki yanğını leğv etmekde Gürcüstana kömek edecek
10:49 Pm
 
Bu gün qonşu ölkənin ərazisinə xüsusi vertolyotlar istiqamət götürüb

Rusiyanın «Vzqlyad» informasiya agentliyinin saytında yerləşdirilən məlumata əsasən, bu gün Gürcüstana Azərbaycan, Türkiyə və Ukraynadan xüsusi yanğınsöndürmə vertolyotları yola düşüb. Onlar Borjomi dərəsi və Xaraqauli kurort şəhərciyi yaxınlığındakı meşələrdə tüğyan edən yanğının qarşısını almaqda kömək edəcək. Rəsmi Tiflisin məlumatına görə, həmin ərazidə yanğın üç sutkadır ki, davam edir, 50 hektardan çox ərazini alov məhv edib və bu istirahət zonasının tam məhv olmaq təhlükəsi yaranıb. Gürcü tərəfi iddia edir ki, yanğınlar Rusiya Ordusuna məxsus hərbi təyyarənin atdığı raketin partlamasından sonra başlayıb. Rusiya hərbi qüvvələri alovun qarşısını almaq üçün Gürcüstana məxsus vertolyotların havaya qalxmasına icazə vermədiyi üçün yanğınları söndürməyə Azərbaycan, Ukrayna və Türkiyənin FHN qüvvələri və vertolyotları ölkəyə gəlir. /ANS PRESS/

Bölüm: Hadise | Baxılıb: 48 | Elave Edib: Hedefturan | Reytinq: 0.0/0 |
Ümumi Şerhler: 0
İsim *:
Email:
WWW:
Kod *:

Mini Çat