Ana Seyfe » 2008 » Avqust » 19
Dmitri Medvedevin sözlərinə görə, əgər Gürcüstanda ruslara qarşı hər hansı təcavüzə yol verilərsə, bu zaman rəsmi Moskva əzici zərbə ilə cavab verəcək

Rusiya və Gürcüstan, rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılması barədə ziddiyyətli xəbərlər yayır. Rusiya silahlı qüvvələri baş qərargah rəisi Anatoli Naqovitsın bəyan edib ki, Fransanın vasitəçiliyi ilə imzalanmış sülh sazişinə uyğun olaraq artıq qoşunların Gürcüstandan çıxarılmasına başlanılıb. "Amma söhbət qoşunların bu ölkədən tamamilə çıxmasından deyil, geri çəkilməsindən gedir və Fransanın sülh planında da məhz bu cür yazılıb".Gürcüstan rəsmiləri isə bildirib ki, Rusiya qoşun hissələrinin Gürcüstandan çıxarılması hiss olunmur. Sadəcə buradakı hərbi qüvvələrdə tərpəniş var. Rusiya tərəfi isə qeyd edib ki, tanınmamış Cənubi Osetiya respublikasının sərhədləri boyunca bufer zonasında öz sülhməramlılarını saxlamaq hüququna malikdir. Rusiya prezidenti Dmitri Medvedevin sözlərinə görə... Davamı »

Bölüm: Siyaset | Oxunub: 47 | Redaktor: Admin | Tarix: 2008-08-19 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində ölənlərdən birinin kimliyi bəlli olub

Məscidin imamı Qamət Süleymanov isə ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb

Musa Nağıyev adına xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində xəsarət alaraq bu xəstəxanada ölənlərdən birinin kimliyi bəlli olub. Bu , 1955-ci il təvəllüdlü Vaqif Abbasov və hələlik kimliyi dəqiqləşdirilməyən 20-22 yaşlarında gəncdir. Yaralananlar isə Sahib Xasıyev (1976), Rəşad Camalov (1985), Daşqın İbrahimov (1984), Rəşad İsmayılov (1984), Vüqar Salahov (1983) və Ruslan Səfərəliyevdir (1982). Hadisə nəticəsində yaralanan məscidin imamı Qamət Süleymanovun isə ayağından yaralandığı bildrilir. Xəstəxanadan verilən məlumata görə, o, ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb.

Xatırladaq ki, avqustun 17-də axşam saat 21 radələrində Əbu-Bəkr məscidinə atılan qumbara nəticəsində partlayış baş verib. 3 nəfər ölüb. Bir neçə ... Davamı »

Bölüm: Hadise | Oxunub: 45 | Redaktor: Admin | Tarix: 2008-08-19 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Rusiya hökuməti Azərbaycan və Gürcüstanla olan sərhədlərini müvəqqəti bağlayıb
Bunun üçün Rusiyanın Baş naziri Vladimir Putin, avqustun 12-də qəbul edilmiş qərara uyğun olaraq, sərəncam imzalayıb
Rusiya hökuməti Azərbaycan və Gürcüstanla olan sərhədlərini müvəqqəti bağlayıb. Verilən məlumata görə, bunun üçün Rusiyanın Baş naziri Vladimir Putin, avqustun 12-də qəbul edilmiş qərara uyğun olaraq, sərəncam imzalayıb. Sərəncama əsasən, bu gündən etibarən, MDB ölkələrinin vətəndaşları istisna olmaqla, xarici ölkə vətəndaşları Azərbaycan və Gürcüstan ərazisindən Rusiyaya daxil ola bilməzlər. Bununla belə, Baltikyanı ölkələrdən gələn qatarların sərhədi keçməsinə icazə veriləcək. Rəsmi Moskva, öz addımını beynəlxalq terror təşkilatları üzvlərinin ölkəyə daxil olmasının, silah keçirməsinin və təxribat törətməsinin qarşısını almaq istəyi ilə izah edir./ANS TV/
Bölüm: Siyaset | Oxunub: 44 | Redaktor: Admin | Tarix: 2008-08-19 | Reytinq: 0.0/0 | Şerh et(Yorumlar)<< (0)

Mini Çat