Ana Seyfe » 2008 » Avqust » 19 » Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində ölənlərdən birinin kimliyi bəlli olub
Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində ölənlərdən birinin kimliyi bəlli olub
1:14 Pm
Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində ölənlərdən birinin kimliyi bəlli olub

Məscidin imamı Qamət Süleymanov isə ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb

Musa Nağıyev adına xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində xəsarət alaraq bu xəstəxanada ölənlərdən birinin kimliyi bəlli olub. Bu , 1955-ci il təvəllüdlü Vaqif Abbasov və hələlik kimliyi dəqiqləşdirilməyən 20-22 yaşlarında gəncdir. Yaralananlar isə Sahib Xasıyev (1976), Rəşad Camalov (1985), Daşqın İbrahimov (1984), Rəşad İsmayılov (1984), Vüqar Salahov (1983) və Ruslan Səfərəliyevdir (1982). Hadisə nəticəsində yaralanan məscidin imamı Qamət Süleymanovun isə ayağından yaralandığı bildrilir. Xəstəxanadan verilən məlumata görə, o, ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb.

Xatırladaq ki, avqustun 17-də axşam saat 21 radələrində Əbu-Bəkr məscidinə atılan qumbara nəticəsində partlayış baş verib. 3 nəfər ölüb. Bir neçə şəxs, o cümlədən də məscidin imamı Hacı Qamət yaralanıb.

Gülnaz Qənbərli /ANS PRESS/

Bölüm: Hadise | Baxılıb: 46 | Elave Edib: Admin | Reytinq: 0.0/0 |
Ümumi Şerhler: 0
İsim *:
Email:
WWW:
Kod *:

Mini Çat