Rusiya və Gürcüstan, rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılması barədə ziddiyyətli xəbərlər yayır | 1:18 Pm |
| Dmitri Medvedevin sözlərinə görə, əgər Gürcüstanda ruslara qarşı hər hansı təcavüzə yol verilərsə, bu zaman rəsmi Moskva əzici zərbə ilə cavab verəcək Rusiya və Gürcüstan, rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılması barədə ziddiyyətli xəbərlər yayır. Rusiya silahlı qüvvələri baş qərargah rəisi Anatoli Naqovitsın bəyan edib ki, Fransanın vasitəçiliyi ilə imzalanmış sülh sazişinə uyğun olaraq artıq qoşunların Gürcüstandan çıxarılmasına başlanılıb. "Amma söhbət qoşunların bu ölkədən tamamilə çıxmasından deyil, geri çəkilməsindən gedir və Fransanın sülh planında da məhz bu cür yazılıb".Gürcüstan rəsmiləri isə bildirib ki, Rusiya qoşun hissələrinin Gürcüstandan çıxarılması hiss olunmur. Sadəcə buradakı hərbi qüvvələrdə tərpəniş var. Rusiya tərəfi isə qeyd edib ki, tanınmamış Cənubi Osetiya respublikasının sərhədləri boyunca bufer zonasında öz sülhməramlılarını saxlamaq hüququna malikdir. Rusiya prezidenti Dmitri Medvedevin sözlərinə görə, əgər Gürcüstanda ruslara qarşı hər hansı təcavüzə yol verilərsə, bu zaman rəsmi Moskva əzici zərbə ilə cavab verəcək./ANS TV/[/size] | |
| Bölüm: Siyaset | Baxılıb: 47 | Elave Edib: Admin | Reytinq: 0.0/0 | | |
| Ümumi Şerhler: 0 | |
| İsim *: | |||||||||||||||
| Email: | |||||||||||||||
| WWW: | |||||||||||||||
| |||||||||||||||
| Kod *: | | ||||||||||||||











